Barbi (film)

Barbi
ing. Barbie
Janr romantik komediya, macəra filmi[4], komediya filmi[4], fentezi filmi[d], musiqili film, romantik film
Rejissor Qreta Qerviq
Prodüserlər
Əsərin müəllifi Mattel tərəfindən təqdim edilmiş Barbi oyuncağına əsaslanır
Ssenari müəllifləri Qreta Qerviq
Noa Baumbax
Baş rollarda
Operator
  • Rodriqo Prieto[d]
Bəstəkarlar
  • Mark Ronson[d]
  • Endrü Uayatt[d]
Montajçı Nik Hui[d]
İstehsalçılar Heyday Films
LuckyChap Entertainment
NB/GG Pictures
Mattel Films
Distribütor Warner Bros. Pictures
İlk baxış tarixi 9 iyul 2023 (Shrine Auditorium)
21 iyul 2023 (ABŞ)
Müddət 114 dəq.
Büdcə $128–145 milyon[1][2]
Gəlir $1.419 milyard[3]
Ölkələr
Dil ingilis dili[4]
Rəng rəngli
Çəkiliş yeri Los-Anceles
IMDb ID1517268
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barbi (ing. Barbie) — Qreta Qerviq tərəfindən Noa Baumbaxla birlikdə yazdığı ssenari əsasında 2023-cü ildə çəkilmiş ABŞ fentezi-komediya filmi.[5] Mattel tərəfindən istehsal olunmuş Barbi kuklası əsasında çəkilmiş ilk filmdir. Film Barbinin həyatını sorğulaması və real dünyaya səfər etməsi haqqındadır.

Barbi filmi ilk dəfə 2009-cu ilin sentyabrında "Universal Pictures" tərəfindən elan edildi. "Sony Pictures" 2014-cü ilin aprelində film hüquqlarını satın aldı və filmin çəkilməyi planlaşdırılmağa başladı. Film ssenaristlər, rejissorlar və aktyor heyətində bir sıra dəyişikliklərə məruz qaldı, əvvəlcə Barbi rolunu Emi Şumer və ya Enn Heteuey ifa edəcəkdi lakin bu baş vermədi, filmin hüquqları daha sonra 2018-ci ilin oktyabrında "Warner Bros. Pictures"-a təhvil verildi. Qal Qadot həmin il roldan imtina etdikdən sonra Barbi 2019-cu ildə Marqo Robbinin üzərinə düşdü. Qerviq və Baumbax 2020-ci ildə rejissor və filmin yazarları kimi seçildilər. Aktyorların qalan hissəsi 2022-ci ilin əvvəlində məlum oldu. Filmin çəkilişləri İngiltərədəki "Warner Bros." studiyalarında və ABŞ-nin Los-Anceles şəhərindəki Venice Beach-da aparıldı.

Barbinin premyerası 9 iyul 2023-cü ildə Los-Ancelesdəki Shrine Auditorium-da baş tutdu. Film ilk dəfə iyulun 21-də ABŞ-də kinoteatrlarda nümayiş olundu. Film Universal-ın "Oppenheymer" filmi ilə birlikdə "Barbenheymer" internet fenomenini yaratdı. Film tənqidçilər tərəfindən yüksək qiymətləndirildi və qlobal miqyasda 1,28 milyard dollar qazanaraq 2023-cü ilin ikinci ən çox gəlir gətirən filmi oldu. Film eyni zamanda qadın rejissorluğu ilə ən çox gəlir gətirən film və bütün zamanların ən çox gəlir gətirən 21-ci filmidir.

  1. D'Alessandro, Anthony. "'Barbie' Still Gorgeous With Best YTD $155M Opening; 'Oppenheimer' Ticking To $80M+ In Incredible $300M+ U.S. Box Office Weekend – Sunday AM Update". Deadline Hollywood. July 23, 2023. July 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2023.
  2. Paskin, Willa. "Greta Gerwig's 'Barbie' Dream Job". The New York Times Magazine. July 11, 2023. July 11, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2023.
  3. "Barbie". Box Office Mojo. 2023-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2023.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 Blanc J. AlloCiné (fr.). 1993.
  5. Rubin, Rebecca. "Greta Gerwig, Margot Robbie and Ryan Gosling Bring Plastic, Fantastic 'Barbie' to CinemaCon". Variety. April 25, 2023. April 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2023.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search